Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Yeni fərmana görə, bundan sonra sözügedən sistemə məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsi ilə yanaşı, icra sənədləri üzrə ödənilməli olan vəsaitlər, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və müvafiq icra işinin qeydiyyat nömrəsi barədə məlumatlar da real vaxt rejimində göndərilməlidir.