Asan Xidmət mərkəzlərinə ümumi vətəndaş müraciəti 75 milyonu ötüb.
Ritorika.az xəbər verir ki, Asan Xidmət mərkəzlərinə ümumi müraciət edənlərin sayı 75.954.380 nəfərdir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan Xidmətin fəaliyyəti ilə bağlı data portalında məlumat verilir.
Bildirilir ki, mərkəzlər üzrə müraciət edənlərin sayı 72.921.238, səyyar xidmətlər üzrə 3.033.142, ümumi müraciət edən vətəndaş sayı isə 8.964.269 nəfər təşkil edir.
Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) fəaliyyətinin təmin edilməsi haqqında 5 sentyabr 2012-ci tarixli fərmanında iyulun 13-də dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı imzaladığı yeni fərmana əsasən, agentliyin işçilərinin say həddi 1 539-dan 1 560-a çatdırılıb.
Xatırladaq ki, Asan Xidmət mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Bakı və regionlarda ümumi 27 Asan Xidmət mərkəzi fəaliyyət göstərir. Həmçinin 11 səyyar Asan Xidmət avtobusu vətəndaşların istifadəsinə verilib.
Şəms Ajax
Redaktə etdi: İsmayıl Rafiqoğlu