İyun 17, 2025-6:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

ASCO: “Şahdağ” gəmi-bərəsi Orta Dəhliz üzrə yükdaşımalara qaytarılıb

2024:12:23 - 11:42
in İQTİSADİYYAT
A A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi təmir olunub və yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb edilib.

Bu barədə “Report” ASCO-ya istinadən xəbər verir. Bu çərçivədə ilk səfəri Ələt limanından Kurık limanına olub.

Gəmi-bərəsinin təmiri “Zığ” Gəmi Təmiri Zavodunda aparılıb. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları sazlanıb.

Bundan başqa, gəminin rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyat hissələri yenisi ilə əvəz olunub. Həmçinin müasir, bərədə yeni tip sürət ölçən Laq naviqasiya avadanlığı quraşdırılıb.

Eyni zamanda, gəminin suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.

Xatırladaq ki, uzunluğu 154,5 metr, eni isə 18,3 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.

Əvvəlki Yazı

Nərmin Mirzəyeva: “Azərbaycanın əmək münasibətlərinin elektronlaşdırılması təcrübəsi digər ölkələrin diqqət mərkəzindədir”

Növbəti Yazı

Samir Məmmədov: “Sumqayıt İnnovasiya Mərkəzinə rəsmi “Apple” statusu veriləcək”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.