Rusiya və Pakistan əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdir. Bu fikri İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Rusiyanın İslamabaddakı səfirliyində Böyük Vətən Müharibəsində Sovet xalqının Qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli qəbulda çıxışında deyib.
“Bizim ticarət, investisiya, texnologiya, insanlar arasında təmasların dərinləşdirilməsi sahələrində əməkdaşlığı genişləndirmək üçün böyük potensialımız var”, – Zərdari vurğulayıb. (Tass)