Sovet İttifaqı dağılmağa başlayanda bir sıra ölkələrdə münaqişə ocaqlarının yarandığını deyən deputat Ermənistanın həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, yüz minlərlə insanı doğma yurdundan vəhşicəsinə didərgin saldığını, işğal edilmiş ərazilərdə uşaqları, qadınları qətlə yetirdiyini bildirib.
Qarabağda baş verənlərə toxunan A.Mollazadə bildirib: “Oradakı erməniləri Ermənistana göndərmək bu ölkəni cəzalandırmaq üçün onlardan istifadə etmək, Ermənistanda hərc-mərclik yaratmaq, hakimiyyəti yenidən Qarabağ klanına – qəddar klana vermək məqsədi daşıyır. Qarabağın erməni klanı qəddar klandır. Qarabağ klanının rəhbərlərinin əksəriyyəti hərbi cinayətkarlardır, uşaqları, qadınları öldürüblər, amma ifrat solçular bu prosesi başa düşmürlər.
Solçu və sağçı ekstremizm xalqlar üçün böyük təhlükədir. Ciddi inkişafdan, ifrat solçu və sağçıların yaratdığı nəhəng təhlükələrdən xəbərsizliyə son qoyan təhsil sistemini düzəltmək lazımdır”.