May 15, 2025-21:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-un keçirilməsində Azərbaycana uğurlar arzulayıblar

2024:09:23 - 16:18
in SİYASƏT
A A

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti sentyabrın 18-dən sentyabrın 20-dək Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının (AKMA) “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar” mövzusunda keçirilmiş 6-cı Konqresində iştirak etmək üçün Banqkok şəhərində səfərdə olub.

Bu barədə APA-ya Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bir çox Asiya ölkələri Konstitusiya Məhkəmələrinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş Konqresdə “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələrinin rolu”, “Dəyişən dünyada dayanıqlı ədalət naminə konstitusiya ədalət mühakiməsinin inkişafı”, “Konstitusiya ədalət mühakiməsi və dayanıqlı sosial inkişaf” mövzuları üzrə sessiyalar keçirilib.

Konqresdə çıxışlar zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin videoçıxışı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində nümayəndə heyətlərini Tailand Kralının xüsusi nümayəndəsi salamlayıb.

Konqresin yekununda Banqkok Bəyannaməsi qəbul edilib. Bəyannamədə o da qeyd olunub ki, Assosiasiyaya üzv olan Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ən xoş arzularını ifadə edirlər. Konstitusiya Məhkəmələri belə beynəlxalq tədbirlərin cəmiyyətin bu sahədə biliklərinin artırılması daxil olmaqla dayanıqlı inkişaf və iqlim dəyişikliyi məsələsində vacibliyini tanıyırlar.

Konqres çərçivəsində həmçinin konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra hüquqi məsələlər üzrə çıxışlar edilib, fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəməsi təxirə düşüb

Növbəti Yazı

Şöbə müdiri: Qərb KİV-lərində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.