İsrailin cənubundakı Aşkelon şəhərində axşam saatlarında raket atəşi təhlükəsi barədə xəbərdarlıq edən hava reyd siqnalları səslənib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Aşkelon şəhərində və Qəzza zolağına yaxın yaşayış məntəqələrində siren səsləri eşidilib”, – məlumatda deyilir.
Bu, fevralın 27-dən bəri Aşkelonda ilk hava hücumu xəbərdarlığıdır. 149 min nəfər əhalisi olan bu şəhər Aralıq dənizi sahilində, Təl-Əvivdən 57 km cənubda və Qəzza zolağı ilə sərhəddən 12 km şimalda yerləşir. Bu, İsrailin Fələstin anklavına ən yaxın böyük şəhəridir. (Tass)