May 9, 2025-23:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

AŞPA Avropa Parlamenti ilə “həmrəng” və “həmxasiyyət” olduğunu təsdiqlədi

2023:10:18 - 10:50
in GÜNDƏM
A A

Azərbaycanın dünya birliyindəki reytinqi artdıqca anti-Azərbaycan qüvvələrin, eləcə də bir sıra qərəzli beynəlxalq təşkilatların və erməni lobbisinin təsiri altında olan Fransa kimi siyasi riyakar dövlətlərin yuxusu ərşə çəkilir. Xüsusilə, Ermənistan üzərindəki parlaq Qələbəmizdən sonra ölkəmizə qarşı təzyiqləri çoxalmağa başlayıb. Adları demokrat, əməlləri isə qeyri-demokrat olan belə qərəzli beynəlxalq təşkilatların rəhbərləri düşünürlər ki, guya, bu vasitələrlə Azərbaycana təsir edəcək, ölkəmizi tutduğu yoldan döndərə biləcəklər. Ancaq yanılırlar. Ölkəmizin əleyhinə nə qədər yalan və böhtanla dolu qətnamələr qəbul etsələr də, beynəlxalq ictimaiyyəti çaşdıra bilməyəcəklər. Çünki artıq Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Azərbaycan beynəlxalq hüquq normalarına riayət etməklə müstəqil xarici siyasət yeridir, başqa dövlətlərin daxili işlərinə qarışmır. Ona görə də Avropa Parlamenti, AŞPA və digər beynəlxalq təşkilatlar ölkəmizin əleyhinə qəbul etdikləri qətnamələr özlərindən uzağa getməyəcək. Çünki həmin beynəlxalq qurumların siyasi riyakarlığı hər kəsə bəllidir. Bunu faktlar da təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a siyasi şərhçi Əliqismət Bədəlov bu yaxınlarda AŞPA-nın ölkəmizin əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Siyasi şərhçi Avropa Parlamentinin qərəzli və böhtanla dolu qətnaməsindən sonra AŞPA-nın da bu yönümlü qətnamə qəbul etməsini həmin qurumun siyasi riyakarlığından xəbər verdiyini deyib: “AŞPA Avropa Parlamenti ilə “həmrəng” və “həmxasiyyət” olduğunu ört-basdır edə bilmədi. Hər iki qurumun eyni yerdən idarə olunduğu özünü açıq şəkildə büruzə verdi. Çünki AŞPA əvvəllər Ermənistanın Azərbaycanın ərazisini işğal etməsi barədə qətnamə qəbul etmişdi. Bəs indi nə baş verir? Dünən bir cür, bu gün isə başqa cür qətnamə qəbul edən belə beynəlxalq təşkilata nə ad vermək olar: siyasi riyakar”

Ə.Bədəlov bu qurumun ölkəmizlə bağlı ədalətsiz yanaşmasını qətiyyətlə rədd edib və Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 2005-ci il tarixli 1416 saylı qətnaməsini xatırladıb. Həmin qətnamə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı idi. “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı qətnamə qurumun Siyasi Məsələlər Komitəsi tərəfindən hazırlanmışdı. Qətnamədə bildirilirdi ki, 1991-ci ildə ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə keçmiş Dağlıq Qarabağ da daxil idi: “Bu qətnamədə AŞPA-nın həmtəsisçiləri bir daha vurğulayırdılar ki, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir. Eyni zamanda, AŞPA hərbi əməliyyatların və bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik düşmənçiliyin qorxunc etnik təmizləmə məfhumunu xatırladan genişmiqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığınıi ifadə edir. Sənəddə, həmçinin qeyd edilirdi ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılmasının və müstəqilliyinin etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanunauyğun və dinc proses vasitəsilə əldə oluna biləcəyini”- qeyd etməklə AŞPA azlıqların yaşadığı regional ərazilərin mütləq ayrılmaq hüququna malik olduğuna dair iddiaları rədd edir.

Siyasi şərhçi bu qətnamənin AŞPA tərəfindən qəbul edildiyini vurğulayaraq deyib ki, indi həmin qurumun özünü əksinə, başqa bir qətnamə qəbul etməsi onun əldəqayırma olmasından xəbər verir. AŞPA-nın bu yaxınlarda qəbul etdiyi qətnamə bu təşkilatın da iç üzünü ortaya qoydu. Regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, nədənsə, bu sənəddə yada salınmayıb. AŞPA-nın müstəqil dövlətlərə tövsiyə xarakterli sənəd qəbul etməsi gülünc doğurur. Çünki bu qurumun özünün dəyərli tövsiyələrə ciddi ehtiyacı var. Həmin tövsiyələrin əsasını AŞPA-nın yalan, qərəz, böhtan və siyasi riyakarlıqdan uzaq olması təşkil etməlidir. Görünür, Fransa kimi ermənipərəst dövlətlərə yanaşı, AŞPA-da Cənubi Qafqazda başlanan və dünya ictimaiyyətini heyrətləndirən yeni reallıqlardan, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən ciddi təşviş keçirir. Belə olmasaydı, ölkəmiz əleyhinə böhtanla dolu tələm-tələsik qətnamə qəbul etməzdi.

“Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri, həmçinin AŞPA erməni lobbisindən dividentlər qazanmaq naminə Azərbaycanın uğurlarına, gündən-günə artan nüfuzuna, haqq işi uğrunda mübarizəsinə kölgə salmağa çalışırlar. Ancaq buna nail ola bilməyəcəklər. Bu qətnamə, həm də Avropa Şurası daxilində demokratik dəyərlərin, haqq-ədalətin iflasa uğramasının göstəricisidir. Eyni zamanda, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir”, – deyə Ə.Bədəlov bildirib.

Əvvəlki Yazı

Azərbaycanlı deputat İtaliya Senatında Qarabağ həqiqətlərindən danışıb

Növbəti Yazı

Azərbaycan neftinin qiyməti 94 dollara düşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.