
Beynəlxalq təşkilat kimi Avropa Şurasının (AŞ) əsas vəzifələrindən biri də dünyada sülh və sabitliyin qorunmasına xidmət etməkdir. AŞPA isə bu qurumun əsas təsisatlarından biridir. Amma tarixi təcrübə göstərdi ki, AŞ və AŞPA öz işini layiqincə icra edə bilmir.
30 il ərzində nəinki torpaqlarımız işğal altında qaldı, həm də ərazilərimiz minalandı, Qarabağda narkotik tərkibli bitkilər əkilib-becərildi. Bax onda AŞPA harada idi? Niyə parlamentin iclaslarında bu məsələlər müzakirə olunmurdu? Bütün bunlar riyakarlıq deyilsə, nədir?

2023-cü ildə Laçın yolunda keçirilmiş dinc ekoaksiyaya, Qarabağda həyata keçirilmiş birgünlük antiterror əməliyatına hər cür don geyindirən AŞPA Ermənistana bir dəfə də olsun “gözün üstündə qaşın var” deməyib. Məqsəd aydındır; regionun əsas aktoru olan Azərbaycana təzyiqlər vasitəsilə Cənubi Qafqazda “suların durulmasına” mane olmaq. Çünki AŞPA-nın Azərbaycana qarşı qərəzi həm də Ermənistanı şirnikləndirir, revanşa təhrik edir.Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.AŞPA-nın bu hərəkəti “bardağı daşıran son damla”, Azərbaycanın addımı isə indiyə kimi ortaya qoyulan qərəzli mövqeyə, 30 ildən çox davam edən qeyri-obyektiv davranışlara qətiyyətli cavab idi.Report