Sentyabr 4, 2025-17:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Assosasiya: Satışda olan zərgərlik məhsullarının 60-65 %-i Azərbaycan istehsalıdır

2024:08:09 - 17:23
in İQTİSADİYYAT
A A

Hazırda Azərbaycanda satışda olan zərgərlik məhsullarının 60-65 %-i yerli istehsal olan məmulatlardır.Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.“Ölkəmizə qiymətli metallar və qiymətli daşlar əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya və Çindən idxal edilir. Eyni zamanda Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı araşdırmalara əsasən, bazarda təqdim olunmuş, satışda olan zərgərlik məhsullarının 60-65 % Azərbaycan istehsalıdır. Bu da onun göstəricisidir ki, Azərbaycan istehsalı olan zərgərlik məmulatları idxal olunan məhsullardan heç də aşağı keyfiyyətdə deyil”, – o qeyd edib.Onun sözlərinə görə, Azərbaycanın ixrac bazarları getdikcə genişlənir: “Bizim məmulatların Türkiyə, BƏƏ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya kimi ölkələrdə kifayət qədər böyük rəqabətə malik gücü var. Qeyd olunan ölkələrdə Azərbaycana məxsus brendlərin satış nöqtələri var. Azərbaycan istehsalçıları “AzerGold” QSC-dən qızıl alaraq zərgərlik məmulatları hazırlayır və ixrac edirlər. Bir sıra istehsalçılar dövlət şirkəti tərəfindən xammalla təchiz olunurlar. Azərbaycan zərgərlik məmulatlarının ixrac həcmi getdikcə artır. Yerli istehsal olan zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində rol oynaması vacib amillərdən biridir”.R.Əmircanov əlavə edib ki, 2023-cü ildə hazır zərgərlik məmulatlarının ixrac həcmi 12 milyon manat olub: “Bu göstərici xam qızılın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın və gümüşün ixracı 357 milyon manat təşkil edib”.

Əvvəlki Yazı

Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib

Növbəti Yazı

Tənzilə Rüstəmxanlının təşviqat kampaniyasına start verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.