May 16, 2025-20:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib 

2024:09:16 - 16:20
in İQTİSADİYYAT
A A

Qazaxıstanın paytaxtı Astana şəhərində İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üzrə Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa regionu üzrə keçirilən tədbir çərçivəsində COP29 sədrliyinin “Bakı Qlobal İqlim Şəffaflığı Platforması”nın (BTP) təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın təşəbbüsü və həmtəşkilatçılığı ilə keçirilən tədbirin tərəfdaşları qismində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Qazaxıstanın Beynəlxalq İnkişaf Agentliyi (KazAID), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib. Təlim seminarına ümumilikdə qeyd olunan region üzrə BTR-lərin hazırlanmasına məsul 50-dən çox ekspert qatılıb. Tədbirə Qazaxıstanın ev sahibliyi etməsi regionumuzda ilk dəfə baş tutacaq COP-a regional kontekstdə verilən önəmin göstəricisidir.

Tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə həyata keçirilən qlobal təşəbbüslər, o cümlədən BTP barədə məlumat verib. Nazir müavini BTP-nin əsas məqsədinin tərəf dövlətləri arasında inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirmək olduğunu vurğulayıb. O bildirib ki, BTP hökumətlər, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında iqlim şəffaflığı sahəsində əməkdaşlıq və koordinasiya məkanı olacaq.

Tədbirdə Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nyssanbayev, Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova, həmçinin UNFCCC və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib, ölkəmizin iqlim şəffaflığı sahəsində səylərini yüksək qiymətləndiriblər. Çıxışçılar COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində önəmli təşəbbüsü olan BTP-nin əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün ölkələrin BTR-lərini hazırlaması və ETF-də iştirakı ilə bağlı təcrübə və uğurlarının paylaşılması üçün qlobal fəaliyyətə töhfə verəcəyini ifadə ediblər.

Xatırladaq ki, sentyabrın 3-də Bakıda keçirilən Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq zamanı Azərbaycan COP29 sədri qismində BTP-ni təsis edib. BTP-yə qlobal dəstəyin təmin olunmasının təşviqi məqsədilə COP29 Sədrliyinin təşkilatçılığı ilə sentyabrın 9-11-də Toqo və Keniyada baş tutan Afrika regionu ölkələri üçün BTR-lərin hazırlanmasına həsr olunan tədbirlərdə BTP-nin təqdimatı keçirilib. BTP-nin qlobal təşviqi üzrə növbəti yüksək səviyyəli tədbirin BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində sentyabrın 25-də Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

Əvvəlki Yazı

Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib – YENİLƏNİB

Növbəti Yazı

“Azərbaycan ədəbi dilinin tarixi” monoqrafiyasının birinci hissəsi nəşr olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.