Sentyabr 7, 2025-22:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Astanada ilk dəfə “Silk Way Star” Asiya vokal müsabiqəsi keçirilir 

2025:09:02 - 13:08
in MƏDƏNİYYƏT
A A

Qazaxıstanın paytaxtı Astana şəhərində birinci Asiya vokal müsabiqəsi – “Silk Way Star” keçirilir.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digər ölkələrdən nümayəndələr iştirak edirlər.

Müsabiqədə Azərbaycanı müğənni və aktrisa, “Azərbaycanın səsi” layihəsinin yarımfinalçısı Səbinə Quluzadə təmsil edir.

Layihə 10 epizoddan ibarətdir: onlardan doqquzu qeydə alınmış və sonuncusu möhtəşəm canlı şoudur. Tamaşaçılar unikal duetləri, milli hitlərin ifalarını dinləyəcək, mədəniyyətlərarası əməkdaşlıqlar və iştirakçıların emosional hekayələrinin şahidi olacaqlar.

Bir epizodun müddəti 100 dəqiqədən çoxdur. Yayımın qazax, çin və ingilis dillərində aparılması planlaşdırılır.

Qazaxıstan Konstitusiyasının qəbulunun 30 illiyi şərəfinə keçirilən “Silk Way Star”ın iştirakçıları bu ölkənin sakinlərini ən yüksək bayraq dirəyinin önündə təbrik edib, köçərilərin yeddi sərvətinin simvolu – “Jeti Kazına” ilə tanış olublar.

“Silk Way Star” müsabiqəsinin böyük finalı noyabrın 22-də baş tutacaq. O, ilin ən parlaq musiqi hadisələrindən biri olacağını vəd edir. Final mərhələsi beynəlxalq yayımla canlı şou formatında keçiriləcək, “Jibek Joly/Silk Way” telekanalında və iştirakçı ölkələrin aparıcı telekanallarında birbaşa yayımda nümayiş etdiriləcək.

Qalib unikal “Silk Way Star” titulunu və ifasını dünya səhnəsində təqdim etmək şansı qazanacaq.

Əvvəlki Yazı

Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb

Növbəti Yazı

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.