Yanvarın 24-25-də Astanada Suriya üzrə keçiriləcək beynəlxalq toplantının iştirakçıları respublikada hərtərəfli nizamlanma və humanitar vəziyyəti müzakirə edəcəklər. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İlkin gündəliyə Suriya ətrafında regional vəziyyətin inkişafı, Suriya Ərəb Respublikasında hərtərəfli nizamlanma səyləri, Suriyadakı humanitar vəziyyət və Suriyanın münaqişədən sonra yenidən qurulmasına kömək etmək üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsi daxildir” deyə bəyanatda bildirilir. (Tass)