İyun 14, 2025-23:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Astaradakı Əlişa qalasında yeni memarlıq elementləri üzə çıxıb

2025:06:13 - 15:18
in SOSİAL
A A
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar maraqlı nəticələr verməkdədir.

APA-nın cənub bürosunun xəbərinə görə, iyunun 2-dən etibarən davam edən qazıntılar nəticəsində XIV əsrə aid şirli və şirsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxıb.

Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya qrupu nəzarət edir.

Ümumilikdə 500 m² sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, sitadel sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilən XII – XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.

Əlişa qalası – Hirkan Dövlət Təbiət Qoruğunun girişində, strateji yüksəklikdə yerləşən və elmi cəhətdən indiyədək tədqiq olunmayan abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında start verilib və hazırda tədqiqatlar intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, qalaya gedən yol infrastrukturu da həll olunur. Bu həm ziyarətçilərin təhlükəsizliyi, həm də ekspedisiyanın rahat fəaliyyəti üçün əlverişli şərait yaradır.

 

Əvvəlki Yazı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi TDT ilə birgə layihələrə başlayır

Növbəti Yazı

Məhkəmədə Ermənistanın müharibə zamanı işğal olunmuş ərazidəki məktəbdə hərbi müşavirə keçirməsi barədə sübutlar tədqiq olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.