İran hakimiyyəti İsrailin bombardmanlarını dayandıracağı təqdirdə ABŞ-a nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa söz verib. Bu barədə mənbələrə istinadən The Washington Post (WP) məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-a İsrailin baş naziri Benyamin Netanyahunu İrana qarşı hərbi əməliyyatları dayandırmağa inandırmaq tapşırılıb və onlar buna nail olublar. Qeyd olunur ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens, dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff bu məsələ ilə bağlı İranla birbaşa və dolayı danışıqlar aparıblar. ABŞ prezidenti Donald Tramp da ayrıca Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə ölkəsinin sülhə nail olmaq səylərinə görə təşəkkür edib.
Bundan əvvəl Axios-un müxbiri Barak Ravid bildirmişdi ki, Ağ Ev nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazırdır və Tehranın Amerika bazalarına hücumuna cavab verməyəcək.