İyun 27, 2025-0:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ATBA tələbələri COP29 tədbirləri ilə bağlı Ədəbiyyat Muzeyində təcrübə keçiblər

2024:07:31 - 14:13
in SOSİAL
A A

Bakıda keçiriləcək COP29 tədbirləri ilə əlaqədar Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) sənayeyə yeni bələdçilərin hazırlanması məqsədilə tələbələr üçün təlimlərə başlayıb.Tələbələr turizm sektoru üçün böyük əhəmiyyət kəsb edən COP29 tədbirləri ilə bağlı ölkəmizə gələn qonaqların layiqincə qarşılanması, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəni irs və incəsənətimizin dünyada tanıdılması istiqamətində layihələrdə maraqla iştirak edirlər. Bu istiqamətdə tələbələrin praktiki biliyinin artırılması məqsədilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil edilib.Muzeydən AZƏRTAC-a bildirilib ki, tələbələr ekspozisiyada xalçalar, miniatürlər, xüsusən repressiya və mühacirət ədəbiyyatını əks etdirən nümunələr ilə tanış olublar. Onların bu mövzularla bağlı sualları muzeyin elmi işçisi Aysel Məhərrəmova tərəfindən cavablandırılıb. O, həmçinin tələbələrə Azərbaycan ədəbiyyatının inkişaf yolundan ətraflı bəhs edib və yaxın günlərdə ölkəmizdə COP29 tədbirlərində iştirak edəcək qonaqların yüksək səviyyədə qarşılanmasının vacibliyini vurğulayıb.Muzeyin qonaqpərvərliyindən məmnun qalan tələbələr COP29 tədbirlərinə hazırlıq ərəfəsində onlara bələdçilik üzrə təlimlərdə iştirak etməkdə və biliklərini təkmilləşdirməkdə yol göstərən Ədəbiyyat Muzeyindən minnətdarlıq hissi ilə ayrılıblar.Qeyd edək ki, ATBA 2019-cu ildə Azərbaycanda turizm bələdçisi peşəsini təmsil edən peşəkar şəxslərin fəaliyyətinə dəstək və onların vahid şəkildə cəmləşməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılıb.

Əvvəlki Yazı

Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır

Növbəti Yazı

Bu gündən MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.