ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani bildirib ki, təşkilat xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə 2024-cü il üçün sədrin namizədliyi ilə bağlı konsensus əldə etməyə imkan verəcək “böyük qərarlar” qəbul etməyi bacarıb.
“Bizə 2024-cü il prezidentliyi ilə bağlı konsensus tapmağa imkan verəcək əsas qərarlar qəbul edilib və nazirlərin Skopye görüşündə təsdiq olunacaq. Mən Maltaya bu əsas rolu öz üzərinə götürmək istəyinə görə təşəkkür edirəm”, – o, sosial şəbəkədə X (əvvəllər Twitter) yazıb.
Bundan əvvəl Maltanın baş naziri Robert Abela bəyan etmişdi ki, Estoniyanın namizədliyi təsdiq olunmasa, ölkəsi 2024-cü ildə ATƏT-ə sədrlik etməyə hazırdır. ATƏT xarici işlər nazirlərinin görüşü noyabrın 30-dan dekabrın 1-dək Skopyedə keçiriləcək və bu toplantıda təşkilatın üzvləri sədrlik edən dövlətin siması barədə qərar verməlidirlər. Estoniya bundan əvvəl bu vəzifəyə namizədliyini irəli sürmüşdü. Rusiya dəfələrlə Tallinə dəstək verməyəcəyini bəyan edib. (Tass)