Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropa İttifaqının maliyyə dəstəyi ilə “Tacikistanın Əfqanıstanla cənub sərhədinin sabitləşdirilməsi” layihəsi çərçivəsində Tacikistan Sərhəd Qoşunlarının 84 zabitinə təlim keçib.
“Tacikistan Respublikasının Sərhəd Qoşunlarının 84 sərhəd zabiti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Sərhəd mühafizəsinin təşkili”, “Xüsusi təyinatlıların əməliyyat potensialının gücləndirilməsi” və “Tibbi potensialın gücləndirilməsi” təlim kurslarında bilik və bacarıqlarını artırıb mesajda deyilir.
O cümlədən, Suqd rayonu üzrə ixtisaslaşmış sərhəd dəstəsinin 31 zabiti özünümüdafiə bacarıqları, sağ qalma üsulları, doğaçlama vasitələrdən istifadə etməklə çöldə ilkin tibbi yardım, radiorabitə və topoqrafiya kursları keçib. Daha 22 zabit Xucənd şəhərində əməliyyat planlaşdırması, brifinq texnikası və risklərin idarə edilməsi, dördü qadın olmaqla 31 zabit isə sərhəd qoşunlarının hospitalında səhra təbabəti və yaralıların daşınması üzrə təlim keçib.
“Layihə sərhəd bölgələrində qanunsuz fəaliyyətlə mübarizə və təbii fəlakətlərə cavab vermək üçün Tacikistan Respublikasının Sərhəd Qoşunlarının və Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin peşəkar potensialının gücləndirilməsinə yönəlib”, – ATƏT ofisinin bəyanatında deyilir. (Tass)