Moldova prezidenti Maia Sandu mediada imtiyazlı mövqeyə malik olub, həmçinin prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendum üçün seçki kampaniyası zamanı inzibati resurslardan istifadə edib. Bu barədə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının aralıq hesabatında deyilir.
“Prezident seçkiləri və referendumla bağlı təbliğat-təşviqat kampaniyası zamanı media hazırkı prezidenti imtiyazlı mövqeyə qoyub, inzibati resurslardan sui-istifadə hallarına yol verilib”. (Tass)