Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Xəzri TN” MMC arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərovla “Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov imzalayıblar.
Memorandumda istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis olunması, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.
İmzalanma mərasimindən sonra müəssisə nümayəndələri ATU-nun Qida mühəndisliyi fakültəsi, laboratoriyaları ilə tanış olublar.