İyul 13, 2025-17:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Audiovizual Şuranın sədri Qazaxıstan səfiri ilə görüşüb

2025:07:11 - 13:35
in SİYASƏT
A A

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.

Audiovizual Şuradan APA-ya verilən məlumata görə, İsmət Səttarov qonağa Audiovizual Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib.

Şura sədri qeyd edib ki, qardaş dövlətlər olan Azərbaycan ilə Qazaxıstanı ortaq etnik köklər, dil, tarix, mədəniyyət, adət-ənənə oxşarlığı kimi fundamental dəyərlər birləşdirir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hazırda iki ölkənin media subyektləri, televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. İsmət Səttarov iki ölkə arasında audiovizual media sahəsində birgə layihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Alim Bayel Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirib.

Səfir yayımçılar arasında əməkdaşlığın gücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb. O, xüsusilə, televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlığın vacibliyini qeyd edib. O, Azərbaycan Respublikasında səfir kimi fəaliyyət göstərməkdən məmnunluq duyduğunu ifadə edərək, ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Əvvəlki Yazı

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb – SƏRƏNCAM

Növbəti Yazı

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.