Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirləri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı yanvarın 31-də başa çatacaq sanksiyaların müddətini altı ay uzadılması barədə razılığa gəliblər. Bu barədə TASS müxbirinə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib.
“Bəli, nazirlər uzadılmasını təsdiqlədilər” deyib. (Tass)