Münhen Təhlükəsizlik Konfransında çıxış edən bu qurumun rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa Komissiyası mart ayında hərbi istehsalın 20%-dən çox artırılmasını ehtiva edən Aİ Müdafiə Sənayesi Strategiyasını təqdim edəcək.
“Təxminən üç həftədən sonra Avropa Komissiyası Müdafiə Sənayesi Strategiyasını təqdim edəcək. Biz daha çox xərcləməliyik və biz bunu edirik, keçən ildən hasilatın artımı 20% təşkil edir və daha çox olacaq” deyib.
“Biz daha ağıllı xərcləməliyik, daha çox birgə satınalmalara ehtiyacımız var. Üçüncü element, biz avropalı şəkildə xərcləməliyik. Biz avropalı vergi ödəyicilərinə milyardlarla avro sərmayə qoymaq niyyətindəyik. Bu o deməkdir ki, bizə Avropada ixtisaslı iş yerləri lazımdır. Və dördüncü məqam Ukraynada döyüş təcrübəsindən istifadə etməkdir”, – Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Bununla əlaqədar olaraq o, avropalılar “döyüş meydanında Rusiyanı alt-üst etməlidirlər”. (Tass)