“Veymar üçbucağı plus” formatında (Fransa, Polşa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna və Avropa Komissiyası) xarici işlər nazirliklərinin rəhbərlərinin birgə bəyanatında deyilir ki, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli üçün istənilən mümkün danışıqlarda iştirak etməlidir.
“Biz amerikalı müttəfiqlərimizlə birlikdə gələcək addımları [Ukraynadakı münaqişənin həlli üçün] müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədimiz Ukraynanın mövqeyini gücləndirmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqlarda iştirak etməlidir”, – Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir.
Xarici işlər nazirləri vurğulayıblar ki, “Ukraynada ədalətli və davamlı sülh davamlı transatlantik təhlükəsizliyin zəruri şərtidir”. (Tass)