Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrini gücləndirmək və ölkənin silah ehtiyatlarını artırmaq niyyətindədir. Bu barədə Böyük Britaniya, İspaniya, İtaliya, Polşa, Fransa, Almaniya və Avropa İttifaqının xarici siyasət idarələrinin rəhbərlərinin Londonda məsləhətləşmələrin yekunu üzrə Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş birgə bəyanatında deyilir.
“Biz Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi, döyüş sursatı və hərbi texnika ehtiyatlarının artırılması, istehsal potensialının daha da gücləndirilməsi təşəbbüsləri üzərində Ukrayna ilə işləmək barədə razılığa gəldik”, – deyə məlumatda bildirilir.
Tərəflər həmçinin “Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarına sadiqliklərini” ifadə ediblər. “Bura istənilən gələcək sülhə inamın yaradılmasına kömək edə biləcək və Ukrayna Silahlı Qüvvələrinin yenidən qurulmasını dəstəkləyə biləcək hava, quru və dəniz çəkindirici qüvvələrin koalisiyasının yaradılması imkanlarının araşdırılması daxildir”, mətndə qeyd edilir. (Tass)