Avropa Parlamentinin (AP) üzvləri Aleksey Navalnının ölüm şəraiti ilə bağlı “müstəqil” beynəlxalq araşdırmaya çağıran qətnamə qəbul ediblər. Səsvermə AP-nin saytında yayımlanıb.
509 deputatın dəstəyi və 9 etirazla təsdiqlənən bu sənəddə onlar təkcə Navalnının ölümündə əli olanlara deyil, həm də onun məhkəmə proseslərində və hökm oxunmasında iştirak edən hər kəsə qarşı sanksiyaların tətbiqinə çağırıblar.Sanksiyaların artıq tədbirlər siyahısını açıqlayan ABŞ-la razılaşdırılması təklif edilir.
Aİ ölkələri həmçinin “məhbus mübadiləsi” də daxil olmaqla, “ən həssas məhbusları azad etmək üçün işlək yollar” tapmağa çağırılır. Bu məqsədlə Avropada “Rusiyada siyasi məhbuslar və girovlar üzrə müvəkkil” vəzifəsinin yaradılması da təklif edilir. Qətnamə Rusiyadan olan “hüquq müdafiəçiləri” və “vətəndaş cəmiyyəti nümayəndələri” üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Rusiya hakimiyyətinə qarşı çıxan “sığınacaq axtaran şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin qeyri-proporsional tətbiqindən qaçınmaq” zərurətini gündəmə gətirir. (Tass)