Ukrayna qoşunları yaxın aylarda geri çəkiləcək. Bu fikri Avropa Parlamentinin Fransadan olan üzvü Tyeri Mariani LCI telekanalının efirində bildirib .
“Mən inanıram ki, Ukrayna qalib gələ bilməz,” Mariani deyib: “Mümkün qədər tez sülh yolu ilə nizamlanma üzrə danışıqlara başlamaq lazımdır”.
O, həmçinin təklif edib ki, “yaxın aylarda cəbhə xətti Ukraynanın zərərinə geri çəkiləcək”.
Mariani münaqişənin davam etməsinə töhfə verməməyə çağırıb. O, həmçinin Ukraynaya fransız qoşunlarının göndərilməsinə qarşı çıxıb və Fransanın təhlükə altında olmadığını vurğulayıb.
(Tass)