Avropa Şurasının rəhbəri Çarlz Mişel Gürcüstanın baş naziri ilə telefon danışığında Gürcüstan rəhbərliyini bir daha hədələyib ki, Tbilisi Avropanın gələcəyi üçün “şansları əldən verə bilər”. Mişel bu barədə cümə günü X-də (keçmiş Twitter) yazıb.
“Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə telefon danışığı apardıq, biz Gürcüstanda baş verən son hadisələri müzakirə etdik və mən öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyimizi bildirdim”, – deyə Mişel yazıb.
Əvvəllər Borrell və onun nümayəndəsi Piter Stano dəfələrlə bəyan ediblər ki, onlar Gürcüstanın xarici agentlər haqqında qanun layihəsini Gürcüstanın Aİ-yə daxil olmaq istəklərinin bir hissəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmayan hesab edirlər. (Tass)