Avqust 22, 2025-12:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Avropada Azərbaycana qarşı sanki “səlib yürüşü”nə çıxmaq qərarı verilib – EKSPERT

2024:01:26 - 14:56
in SİYASƏT
A A

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) bu qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi sanksiya birmənalı olaraq Avropanın bir sıra böyük dövlətlərinin geosiyasi maraqları ilə bağlıdır. Azərbaycan Avropa Şurasına (AŞ) daxil olduqdan sonra, daha dəqiq desək son 23 ildə bu təşkilatla münasibətlərində zaman–zaman müxtəlif problemlər meydana çıxıb, ancaq heç vaxt AŞ-nin hər hansı qurumu ölkəmizə qarşı belə sərt qərarlar qəbul etməyib. Avropa Şurasının indi belə bir qərar verməsi hesab edirəm ki, İkinci Qarabağ müharibəsindən və Azərbaycan Ordusunun 2023–cü ildə həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlarla bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.

O qeyd edib ki, Azərbaycanın təcavüzkar Ermənistanı məğlub etməklə öz ərazi bütövlüyünü təmin etməsi, separatizmə son qoyması, görünür, Fransa kimi bəzi aparıcı Avropa dövlətlərini, dairələrini ciddi narahat edib. Ona görə də, köhnə qitədəki bu güc mərkəzləri Azərbaycanı cəzalandırmaq, təzyiq göstərmək üçün Avropa Şurası kimi təşkilatlardan ölkəmizə qarşı alət kimi istifadə edir. Ümumiyyətlə, beynəlxalq münasibətlər sisteminin təbiətini anlayanlar aydın bilirlər ki, bu sistemdə əsas aktorlar dövlətlərdir, beynəlxalq təşkilatlar deyil. Əsas faktorlar ayrı-ayrı dövlətlərin maraqlarıdır, beynəlxalq hüququn normaları və yaxud dəyərlər deyil. Dünya siyasətinin bu acı reallığını biz bir daha AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi son qətnaməsində də gördük.

“Burada diqqət çəkən daha bir vacib məqam ondan ibarətdir ki, son zamanlar Azərbaycan əleyhinə Avropadan qaynaqlanan hadisələr ardıcıl, zəncirvari proses kimi baş verib. Yanvarın 17-də, Fransa Senatı Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etməsi, daha sonra Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin ölkəmizi əsassız ittiham etməsi və nəhayət, AŞPA–nın son qərarı belə təsəvvür yaradır ki, Avropada Azərbaycana qarşı sanki “səlib yürüşü”nə çıxmaq qərarı verilib”, – deyən M.Məmmədli xatırladıb ki, AŞPA 2023–cü ildə də Azərbaycan əleyhinə Qarabağda vəziyyəti təhrif edən bir neçə qətnamə qəbul etmişdi.

Ekspert əlavə edib ki, ölkəmizə qarşı Avropada başladılan bu sistemli fəaliyyətə baxmayaraq Azərbaycan siyasətində və mövqeyində hər hansı dəyişiklik etmək fikrində deyil. Azərbaycanın siyasəti isə, ilk növbədə, ölkənin milli maraqlarına və beynəlxalq hüququn normalarına əsaslanır. Ölkəmizlə təhdid, təzyiq dilində danışmağa cəhd edənlər əvvəlcə bu amili nəzərə almalıdırlar.

Əvvəlki Yazı

Professor: AŞPA-nın qərarının arxasında erməni lobbisinin təsir dairəsində olan “siyasətçi”lər dayanır

Növbəti Yazı

Azərbaycanın Qələbəsi AŞPA-nın ölkəmizə olan qərəzli və kinli siyasətini üzə çıxardı Şərh

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.