Avstraliya Ukraynaya maliyyə dəstəyindən daha çox Asiya-Sakit okean regionunda üzləşdiyi problemlərə diqqət yetirəcək. Bunu Avstraliyanın baş nazirinin müavini və Müdafiə Nazirliyinin rəhbəri Riçard Marles yeni milli müdafiə strategiyasının təqdimat mərasimində çıxışı zamanı deyib.
“Biz (Avstraliya – TASS qeydi) əvvəlki kimi, eyni zamanda, öz regionumuza və burada qarşılaşdığımız strateji çağırışlara diqqət yetirməliyik bizim əsas prioritetimiz olmalıdır”, – deyə nazir qeyd edib.
2022-ci ilin mart ayından etibarən Kanberranın Kiyevə yardım üçün ayırdığı vəsaitin ümumi məbləği 960 milyon Avstraliya dollarını (617 milyon dollar) keçir. Bunun 780 milyon Avstraliya dollarından çoxu (təxminən 501 milyon dollar) silah və sursatların alınmasına xərclənib. Bundan əlavə, Avstraliya Ukraynaya 120 Bushmaster zirehli transportyoru, M777 haubitsaları, M113 zirehli texnikası, tank əleyhinə silahlar və pilotsuz təyyarələr göndərib.
(Tass)