Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatında güclü yağışdan sonra baş verən daşqınlar səbəbilə yüzlərlə insan evlərini tərk etmək tələb olunub.
Viktoriya Ştatı Fövqəladə Xidmətləri, ştatda güclü yağışın səbəb olduğu daşqınla bağlı açıqlama verib.
Açıqlamada suların sürətlə qalxması ilə əlaqədar sakinlərə və turistlərə dərhal ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib və səlahiyyətlilərin axtarış-xilasetmə işləri zamanı 38 nəfəri xilas etdiyi bildirilib. (TRT Haber)