Avqust 22, 2025-15:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib

2025:06:25 - 10:53
in MƏDƏNİYYƏT
A A

“Rotunda Roof Garden”də “IV Baku Piano Festival” çərçivəsində Avstriyanın “Simon Raab Jazz trio”nun iştirakı ilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Saymon Raab (fortepiano), Martin Kocian (kontrabas), Miçat Virzgon (zərb alətləri) çıxış ediblər.

Saymon Raab musiqiyə ekspressiv, eksperimental və çoxjanrlı yanaşması ilə tanınan avstriyalı caz pianoçu və bəstəkardır. Pianoçu ənənəvi cazı müasir harmoniyalarla birləşdirir. Musiqiçi bir sıra nüfuzlu mükafatlara, o cümlədən “Austrian Newcomer Award” mükafatına layiq görülüb. O, məşhur festivallarda, o cümlədən “Jazzpianofestival Kalisz” və “Akbank Jazz Festival”da iştirak edib.

Avstriyadan olan artistlər AZƏRTAC -ın müxbirinə müsahibəsində “Baku Piano Festival 2025”də iştirakla bağlı təəssüratlarını bölüşüblər.

“Azərbaycanda ilk dəfəyik. Bu, gözəl diyardır. Biz burada olmaqdan həzz alırıq. “Baku Piano Festival”ın bir hissəsi olmaq bizim üçün şərəfdir. Dəvət olunduğumuza görə şadıq. Xoş axşam gözləyirik və möhtəşəm keçəcəyinə ümid edirik!”

“IV Baku Piano Festival” iyunun 28-dək davam edəcək. Paytaxt sakinləri və qonaqlarını müxtəlif janrlarda musiqilərin təqdim edildiyi geniş konsert proqramı gözləyir. “Baku Piano Festival 2025” çərçivəsində həmçinin bədii tədbirlər, sərgilər və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru “We Are the Future” gənc istedadlar konsertidir.

Əvvəlki Yazı

İran parlamenti MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib

Növbəti Yazı

Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayişi olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.