Qərb BRİKS ölkələrini Ukrayna ilə bağlı danışıqlara cəlb etməlidir. Bu fikri Avstriya kansleri Karl Nehammer deyib.
“Avropa İttifaqı, ABŞ, bizim transatlantik tərəfdaşlarımız, sadəcə olaraq, BRİKS ölkələrini bizim nöqteyi-nəzərimizə inandıra bilmədilər. Mən, əvvəllər olduğu kimi, bunun zəiflik olduğuna inanıram. BRİKS ölkələri beynəlxalq arenada əsas oyunçulardır”. Avropa Parlamentinə seçkilərə həsr olunmuş tədbirdə çıxış edən siyasətçi deyib.
Nehammerə görə, Hindistan və Çin Rusiyaya “böyük təsirə malikdir”. Ona görə də Qərb öz əks-səda kamerasından çıxmalıdır.
Nehammer hesab edir ki, “Ukrayna üçün necə gələcək istədiyimizi hamımız birlikdə bilirik. Ancaq tək istək kifayət deyil, prosesi başlamaq, sülh haqqında düşünməyə və danışmağa başlamaq üçün bizə daha çox müttəfiq lazımdır”.
(Tass)