Avstriya Federal Kanslerinin Ofisində Qadınlar və İnteqrasiya Naziri Suzan Raab Qəzza zolağında humanitar vəziyyətə dair Paris Konfransında Vyananın mülki şəxslərin humanitar ehtiyacları üçün əlavə 2 milyon avro ayıracağını açıqlayıb.
“Avstriya birmənalı olaraq İsrailin özünümüdafiə hüququnu dəstəkləyir və HƏMAS terrorunu ən sərt şəkildə pisləyir. Mən bunu bu gün Parisdə də bəyan edəcəyəm. Eyni zamanda, Avstriya Fələstin əhalisinə humanitar yardım edir və əlavə olaraq 2 avro məbləğində yardım edir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə biz zəmanət veririk ki, yardım xalqa birbaşa çatacaq və HƏMAS terror təşkilatı tərəfindən mənimsənilməyəcək”, – Avstriya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Raabın sözlərindən sitat gətirir. (Tass)