Avstriyanın OMV enerji şirkəti Qazprom Export ilə təbii qazın tədarükü üzrə uzunmüddətli müqaviləyə xitam verdiyini açıqlayıb , RİA Novosti xəbər verir.
OMV izah edib ki, müvafiq qərar Rusiya şirkəti tərəfindən müqavilə öhdəliklərinin çoxsaylı əhəmiyyətli pozulması ilə bağlıdır. Müqavilənin ləğvinin bəyanatın dərc edildiyi andan qüvvəyə mindiyi aydınlaşdırılır.
(Tass)