İyun 15, 2025-11:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Axios: ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoyacaq

2025:06:04 - 21:38
in DÜNYA
A A

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymaq niyyətindədir. Bu barədə Axios-un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib.

“ABŞ İsrailə Qəzzada dərhal atəşkəs tələb edən BMT TŞ-nin bu gün səsə qoyulması gözlənilən qətnamə layihəsinə veto qoyacağı barədə məlumat verib”, – Ravid özünün X səhifəsində yazıb.

Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb. Onunla bağlı səsvermə saat 16:00-a (Moskva vaxtı ilə 00:00) təyin edilib.

Mətni TASS-ın əldə etdiyi qətnamə dörd bənddən ibarətdir. Sənəddə “Qəzzada bütün tərəflərin müşahidə etdiyi dərhal, qeyd-şərtsiz və daimi atəşkəs” tələbi, həmçinin Fələstin anklavında saxlanılan bütün girovların azad edilməsi tələbi yer alır. Bundan əlavə, qətnamə layihəsinin müəllifləri “Həm BMT, həm də onun humanitar tərəfdaşları tərəfindən Qəzzaya  humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin dərhal və qeyd-şərtsiz götürülməsini” tələb edirlər. (Tass)

Əvvəlki Yazı

Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək

Növbəti Yazı

İsrailin müxalifət lideri parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edəcəyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.