ABŞ hökuməti hesab edir ki, NATO ilə yeni müqaviləyə əsasən, alyansın müttəfiqləri Kiyev üçün ümumilikdə təxminən 10 milyard dollar dəyərində Amerika silahları alacaqlar. Bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Planlarla tanış olan mənbə Axios-a bildirib ki, ABŞ ilkin olaraq NATO müttəfiqlərinə təxminən 10 milyard dollarlıq silah satacaq. Ukrayna üçün nəzərdə tutulan təchizat sonda raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmilərindən ibarət olacaq”, – məqalədə deyilir.
Portalın həmsöhbətlərindən ikisi qeyd edib ki, bu cür sövdələşmələr çərçivəsində Kiyev də uzaqmənzilli raketlər alacaq.