Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Co Bayden və NATO ölkələrinin Ukraynaya açıq dəstəyinə həddən artıq alışıb və nəticədə “həddindən artıq irəli gedib”. Axios portalı mənbələrə istinadən xəbər verir ki, bu fikir Ağ Evdə bildirilir.
“Biz özümüz Zelenskinin simasında canavar yaratmışıq. Və ABŞ prezidenti Donald Trampa aludə olan və qoşun göndərmək fikrində olmayan bu avropalılar ona Zelenskiyə dəhşətli məsləhətlər verirlər”, – rəsmilərdən biri deyib.
ABŞ liderinin administrasiyasının digər rəsmisi vurğulayıb ki, “bir həftə ərzində Zelenski maliyyə naziri, dövlət katibi və vitse-prezidentlə kobud rəftar edib, sonra isə mediada prezident Trampı şəxsən təhqir etməyə keçib”.
Son günlər ABŞ və Ukrayna arasında münasibətlər kəskin şəkildə pisləşib. Tramp Vladimir Zelenskini diktator adlandırıb və onu mineral ehtiyatlar üzrə sazişi pozmaqda ittiham edib. Zelenski Trampın guya “Rusiya dezinformasiyasının qurbanı” olması barədə fikir bildirib. (Tass)