Axios portalı yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası diqqətini Ukraynadakı münaqişədən Asiya-Sakit okean regionuna və Çinlə rəqabətə yönəldə biləcəyi vaxtı səbirsizliklə gözləyir.
Portalın məlumatına görə, Kiyev Vaşinqton və Avropa ölkələrinin ona dərhal əlavə hava hücumundan müdafiə vasitələri göndərməkdən imtina etməsi səbəbindən çətin vəziyyətdədir. (Tass)