Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı o qədər qəzəbləndirib ki, Amerika lideri Ukraynaya hərbi yardımı tamamilə dayandırmağa hazır olub. Bu barədə Axios portalına Amerika administrasiyasının nümayəndələri məlumat veriblər.
Onların fikrincə, Zelenskinin ehtiyatsız addımları təkcə Trampı deyil, həm də ABŞ-ın vitse-prezidenti J.D.Vensi, dövlət katibi Marko Rubionu və milli təhlükəsizlik müşaviri Mayk Valsı qəzəbləndirib.
Portalın Ağ Evdəki mənbələri Zelenskinin Tramp administrasiyasının dəstəyini itirməsinə hansı hərəkətlərinin səbəb olduğunu izah ediblər. O, nadir torpaq metalları üzrə ABŞ-la saziş imzalamaqdan imtina edib və Trampın qeyd etdiyi kimi, Kiyevə səfəri zamanı ABŞ-ın maliyyə naziri Skott Bessentlə “kobud rəftar edib”. Münhen Təhlükəsizlik Konfransında Zelenski nadir torpaqlar sazişini təkbaşına təsdiq edə bilməyəcəyini deyərək və onu imzalamaqdan açıq şəkildə imtina edərək Vans və Rubionu “təəccübləndirdi”.
Zelenski Ər-Riyadda Rusiya-Amerika məsləhətləşmələri ilə bağlı yersiz şərhləri və Ukraynaya danışıqlar masası arxasında yer verilməsi tələbləri ilə ABŞ administrasiyası arasında daha böyük hiddətə səbəb olub. Tramp daha sonra Zelenskini diktator adlandırıb, onun ukraynalılar arasında populyarlığının 4%-ə düşdüyünü qeyd edib və Ukraynada seçkilərə çağırıb. Portalın mənbələrinə görə, son damla Kiyev rejimi başçısının Trampın “Rusiya dezinformasiyasının qurbanı” olması barədə sözləri olub və Ağ Ev bunu təhqir hesab edib. (Tass)