Avqust 27, 2025-23:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aygün Əliyeva: “COP29-un təşkilatçılığında qadınların 43 %-lik təmsilçiliyi Azərbaycanı nümunəvi ölkə edir”

2024:10:16 - 14:52
in SİYASƏT
A A

COP29-un əsas funksional orqanı olan Təşkilat komitəsində qadınların təmsilçiliyi 42-43 % səviyyəsindədir və bu göstərici Azərbaycanda qadınların iqlim lideri kimi təmsilçiliyində nümunə ola bilər.“Report” xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 təşkilat komitəsinin üzvü Aygün Əliyeva “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib“Burada həm fərdi, həm də təşkilati liderlikdən söhbət gedir, xüsusilə təşkilati liderlikdə qadınların təmsilçiliyi vacibdir. Bu, təkcə dövlət orqanlarında deyil, həm də biznes, innovasiya, qeyri-hökumət təşkilatları, elm və tədqiqat sahələrində əhəmiyyət kəsb edir”, – A. Əliyeva vurğulayıb.Onun sözlərinə görə, qadınlar iqlim liderliyinin təşviqində mühüm rol oynayırlar: “Qadınlar suyun əsas istifadəçiləri olsalar da, bu ehtiyatlardan yalnız özləri üçün deyil, ailələrinin bütün üzvlərinin, o cümlədən kişilərin ehtiyaclarını ödəmək məqsədilə istifadə edirlər. Bu səbəbdən qadınlar su ehtiyatlarına ziyan vuran varlıq kimi qəbul edilməməli və onların su resurslarının idarə olunmasında, iqlim dəyişikliyi ilə mübarizədə və iqlim liderliyinin təşviqində böyük rolu nəzərə alınmalıdır”.İqlim dəyişikliyində QHT-lərin rolu haqqında danışan A. Əliyeva onların əsasən maarifləndirmə, su ehtiyatlarının qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyət göstərə biləcəyini bildirib. O, QHT-lərin dövlət qurumlarına dəstək olaraq müəyyən siyasi sənədlərin hazırlanmasında iştirak edə biləcəyini də qeyd edib. Xüsusilə su qıtlığı olan Kür-Araz ovalığındakı icmalarla əməkdaşlığın vacibliyini vurğulayan A.Əliyeva normativ sənədlərin hazırlanmasında QHT-lərin təkliflərinin nəzərə alınmasının məqsədəuyğun olduğunu söyləyib.QHT-lər həmçinin layihə və təşəbbüsləri icra edə, təşviqat və monitorinq fəaliyyətlərini həyata keçirə, hökumət və şirkətlərin iqlim təşəbbüsləri ilə bağlı fəaliyyətinə nəzarət edə və nəticələri ictimaiyyətlə açıq müzakirələrdə paylaşaraq töhfə verə bilərlər, COP29 təşkilat komitəsinin üzvü qeyd edib.

Əvvəlki Yazı

2025-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 mlrd. manat artırılır

Növbəti Yazı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.