May 12, 2025-6:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aygün Əliyeva: Əminəm ki, forum ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edəcək

2023:12:07 - 17:40
in SİYASƏT
A A

Bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir. Təəssüf ki, bu siyahıda Azərbaycan ön sıralardadır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, tədbirin keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi təsadüfü deyil. Çünki Ağdam azad edilmiş bölgələrimiz arasında ən çox minalanmış rayondur: “Beynəlxalq forumun əsas məqsədi Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş BMT-nin 18-ci inkişaf məqsədinə ictimai dəstək göstərmək, həmçinin mina probleminə toxunmaq, dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyəti təsisatlarının və beynəlxalq ictimaiyyətin də bu məsələyə diqqətini cəlb etməkdir. Bu proqram çərçivəsində artıq iki gündür tədbirlər davam edir. Bakıda keçirilən forumun ilk iş günündə aidiyyəti dövlət orqanları rəsmilərinin çıxışları oldu. ANAMA Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təlimlər keçdi. Bu gün isə Ağdamda 7 ölkədən 15 ekspertin iştirakı ilə ictimai müzakirələr davam edir. Tədbirin sonunda xarici ekspertlərin iştirakı ilə bəyanatın qəbulu gözlənilir. Əminəm ki, bu tədbirlər beynəlxalq ictimaiyyətin, vətəndaş cəmiyyətinin diqqətini Azərbaycandakı mina probleminə cəlb etməyə kömək edəcək”.

Əvvəlki Yazı

Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir – ŞƏRH

Növbəti Yazı

Əl-Cəzirə: İsrailin Qəzzada evə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər həlak olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.