İyun 22, 2025-19:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AYNA: “Qeyri-iş günlərində beynəlxalq yük daşımalarının fasiləsizliyi təmin ediləcək”

2023:11:08 - 11:40
in SOSİAL
A A

Qeyri-iş günlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bakı KOB evi”ndə fəaliyyətini davam etdirəcək.

Bu barədə “Report” AYNA-ya istinadən xəbər verir.

“Bunun məqsədi beynəlxalq yük daşımalarının fasiləsizliyinin təmin edilməsidir”, – qurumdan bildirilib.

Qeyd edək ki, bu ilin yanvar ayından etibarən AYNA tərəfindən göstərilən bir sıra xidmətlər “Bakı KOB evi”ndə təşkil edilir. “Bakı KOB evi”ndə AYNA tərəfindən iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidməti də göstərilir.

Bu siyahıya oktyabr ayından həmçinin “Taxoqraf kartları”nın verilməsi” və “İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair “Xüsusi icazə”nin və “Buraxılış vərəqəsi”nin verilməsi” xidmətləri də əlavə edilib.

Azərbaycanda noyabrın 8-dən beşgünlük bayram tətili başlayıb. İş günü isə noyabrın 13-dən başlayacaq.

Noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür, 9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Əvvəlki Yazı

Prezident İlham Əliyev və birinci xanım Xankəndidə hərbi paradda iştirak ediblər

Növbəti Yazı

8 noyabr – Zəfər Günü bütün hərbi hissələrdə qeyd olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.