May 9, 2025-21:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Aşqabadda gömrük işçilərinin peşə etikası üzrə regional seminarda təmsil olunur

2023:10:13 - 14:28
in İQTİSADİYYAT
A A

Oktyabrın 9-dan 13-dək Aşqabadda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionunun gömrük işçiləri üçün peşə etikasının inkişaf etdirilməsi üzrə regional seminar keçirilir.

AZƏRTAC ÜGT-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının təşəbbüsü və Türkmənistan Dövlət Gömrük Xidməti və Koreya Gömrük Əməkdaşlığı Fondunun dəstəyi ilə təşkil olunan seminar 14 ölkədən 20-dən çox gömrük işçisini bir araya gətirib.

Seminarın məqsədi yenidən nəzərdən keçirilmiş Aruşa Bəyannaməsinin icra edilməsinin vacibliyi barədə məlumatlılığı artırmaqla, ÜGT-nin Avropa regionuna üzv ölkələrin gömrük idarələrinin əməkdaşları arasında işə vicdanla yanaşmağın yaxşılaşdırılmasıdır.

Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Almaniya, Gürcüstan, Serbiya, Albaniya, Bosniya Və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya, Moldova gömrük idarələrinin nümayəndələri, eləcə də ÜGT ekspertləri regional səviyyədə məsuliyyətlik üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyini və ticarətin təşviqində onların əsas rolunu müzakirə edirlər.

Seminar zamanı müxtəlif ölkələrin gömrük idarələri şəffaflıq və proqnozlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə milli təcrübələrini və yenidən nəzərdən keçirilmiş Aruşa Bəyannaməsinin icrası zamanı əldə olunan irəliləyişləri bölüşə biləcəklər. Həmçinin iştirakçılar və ekspertlər gömrük idarələrində şəffaflığın və proqnozlaşdırılmanın təşviqi üzrə konkret təşəbbüslər barədə fikir mübadiləsi aparacaqlar.

 

 

 

Əvvəlki Yazı

HƏMAS fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı tədbirlər görməyə çağırıb

Növbəti Yazı

HƏMAS-ın silahlı qanadı İsrailin cənubundakı Beer-Şeba şəhərinə raket hücumu təşkil etdiyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.