May 10, 2025-0:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Küveyt arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

2023:10:12 - 17:41
in SİYASƏT
A A

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Emil Kərimovun bu ölkənin ədliyyə naziri və mənzil məsələləri üzrə dövlət naziri Faleh Abdullah Əl-Raqaba ilə görüşündə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında iki dost ölkə arasında iqtisadi, sosial və mədəni sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları, qarşılıqlı səfərlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Küveytli nazirə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa-quruculuq işləri, ölkəmizin regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq istiqamətində səyləri barədə geniş məlumat verilib.

Faleh Abdullah Əl-Raqaba bildirib ki, Küveyt dost ölkə olan Azərbaycan ilə əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır və özünün rəhbərlik etdiyi sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Sonda küveytli nazirə Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə bağlı ərəb dilində çapdan çıxmış kitablar təqdim olunub.

Əvvəlki Yazı

Prezident Administrasiyası 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarının Türkiyəyə səfərini təşkil edib

Növbəti Yazı

Qazax-Tovuz regionu üzrə 83 qrupda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tətbiq olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.