May 9, 2025-23:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib

2023:10:16 - 13:30
in SİYASƏT
A A

Oktyabrın 11-13-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin Xorvatiya Respublikasına səfəri baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini səfər çərçivəsində oktyabrın 11-12-də Zaqrebdə keçirilən Ukraynada humanitar minatəmizləmə üzrə Beynəlxalq Donorlar Konfransında iştirak edib.

F.Rzayev konfransda çıxış edərək, ölkəmizin üzləşdiyi mina problemi və onun ağır nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Səfər zamanı F.Rzayev, Xorvatiyanın Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Dino Mihanoviç, parlamentin sədr müavini Davorko Vidoviç, xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və postmünaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Səfər zamanı, Xorvatiyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri və ekspertlər ilə görüş keçirilmiş, görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Xorvatiya-Azərbaycan münasibətləri, bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib, regional vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür

Növbəti Yazı

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.