May 10, 2025-3:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Texasın Piano şəhərindəki beynəlxalq festivalda təmsil olunub

2023:10:17 - 17:29
in MƏDƏNİYYƏT
A A

ABŞ-ın Texas ştatının Piano şəhərində keçirilən XX Beynəlxalq multikultural festivalında Azərbaycan ikinci dəfə təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil olunan beynəlxalq festivalda Avropa, Asiya və Latın Amerikası ölkələrindən nümayəndələr iştirak ediblər.

Texas ştatında və Dallas şəhərində yaşayan azərbaycanlı icmasının fəalları Dürdanə Balakişiyeva, Züleyxa Əsədova, Ləman Hendriks və digər həmyerlilərimizin təşkil etdikləri Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, turizm potensialını və adət-ənənələrini əks etdirən kitablar, suvenirlər, milli geyimlər, mətbəx nümunələri nümayiş olunub. Kitabların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ingilis dilində nəşr edilmiş “Sirlər xəzinəsi” poeması da olub.

Festivalın əyləncəli proqramı çərçivəsində keçirilən beynəlxalq dəb şousunda Azərbaycan əsilli tanınmış rəqqasə Ləman Hendriks, milli balet və rəqslərimizin ifaçısı Vivyen Bennett çıxış ediblər. Onların ifasında “Naz eləmə”, “Qaval”, “Yüz biri” rəqsləri və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletindən parça təqdim olunub. Festival iştirakçıları və amerikalılar milli rəqslərimizi və geyimlərimizi maraqla izləyiblər.

Əvvəlki Yazı

Bakıda “Harika Kanatlar – Viking” musiqili-interaktiv tamaşası təqdim olunacaq

Növbəti Yazı

Scholz həmrəylik səfəri üçün İsrailə gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.