Aprel 30, 2026-6:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universiteti Qazaxıstanda keçirilən sərgidə geniş əməkdaşlıq imkanları təqdim edir

2026:04:08 - 13:18
in SOSİAL
A A

Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” sərgisində iştirak edir. Sərginin ziyarətçiləri universitetin stendinə böyük maraq göstərirlər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və təhsil nazirinin müavini Talqat Yeşenkulov sərgi ilə tanış olub, həmçinin Azərbaycan Universitetinin stendində olublar.

Rektor Səadət Əliyeva Talqat Yeşenkulova rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib, sərginin yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Həmçinin stendin ziyarətçilərinə universitetə qəbul prosesi, tədris olunan ixtisaslar, dil hazırlığı, əcnəbi tələbələr üçün yaradılan akademik və sosial imkanlar, mübadilə və ikili diplom proqramları, tələbə həyatı haqqında məlumat verilir, suallar cavablandırılır.

Stenddə 11-ci sinif şagirdləri üçün viktorina da təşkil olunur. Azərbaycan və Qazaxıstan tarixini əhatə edən sualları doğru cavablandıranlar Azərbaycan Universitetinə qəbul olacaqları təqdirdə təhsil haqqına müəyyən güzəştlər əldə edirlər. Qaliblərə milli ornamentli hədiyyə və suvenirlər də təqdim olunur. Universitetin stendini Qazaxıstanda fəaliyyət göstərən müxtəlif profilli universitet və təhsil müəssisələrinin rəsmiləri də ziyarət edir. Onlara Azərbaycan Universiteti haqqında məlumat verilir, yeni əməkdaşlıqların təməli atılır.

Sərgi davam edir və bu gün saat 17:00-da yekunlaşacaq.

Azərbaycan və Qazaxıstanın elm və təhsil nazirlikləri tərəfindən birgə təşkil olunan sərgi Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilir. Sərginin məqsədi ölkələr arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək, abituriyentləri, tələbələri və gənc mütəxəssisləri Azərbaycanda təhsil imkanları barədə məlumatlandırmaqdır. Sərgidə Azərbaycanın 30-a yaxın aparıcı universiteti iştirak edir.

Əvvəlki Yazı

Tarixi şəhərlərimizin davamlı inkişafı və memarlıq irsinin qorunması problemləri

Növbəti Yazı

“Məktəbdə…” layihəsinin növbəti qonağı Milli Qəhrəman İbad Hüseynov olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.