May 14, 2025-16:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib

2023:10:25 - 13:36
in SOSİAL
A A

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.

Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Astanada təşkilatın Avropa Regional Komitəsinin 73-cü sessiyası keçirilir. Azərbaycanı toplantıda səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində ÜST-nin Regional Qiymətləndirmə Qrupuna seçki olub. Nəticədə Azərbaycan qrupa üzv seçilib.

Qeyd olunub ki, bu, Azərbaycanın ÜST kimi nüfuzlu bir qurumla sıx və səmərəli əməkdaşlığının uğurlu nəticəsidir: “Ölkəmizin ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi Azərbaycanın bu təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir.

Regional Qiymətləndirmə Qrupu ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir. Qrup, qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır.

Belə ki, qrup, qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə, hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Regional Qiymətləndirmə Qrupunun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir”.

Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu Qrup tərəfindən həyata keçirilir.

Əvvəlki Yazı

Polşa Rusiya və Belarusla sərhədləri yaxınlığında taktiki manevrlər keçirir

Növbəti Yazı

Türkiyənin xarici işlər naziri İsrailin Qəzzada quru əməliyyatının qırğına çevriləcəyini deyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.