May 14, 2025-16:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

2023:10:24 - 17:04
in SOSİAL
A A

Azərbaycanın Elm və Təhsil Nazirliyinə məxsus “Yüksək Texnologiyalar Parkı” MMC (YTP) və Cənubi Koreyanın “Daejeon” Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” YTP-yə istinadən xəbər verir ki, sənədə Bakıda keçirilmiş görüş çərçivəsində imza atılıb.

Görüşdə çıxış edən YTP-nin baş direktoru Vasif Abbasov texnoparkın əsas fəaliyyət istiqamətləri, burada yaradılmış müasir laboratoriyalar haqqında məlumat verib. O, burada 12 rezident və 2 inkubator-rezidentin fəaliyyət göstərdiyini bildirib.

V.Abbasov “Daejeon”un aid olduğu Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə əməkdaşlığın 2017-ci ildən bu günə qədər uğurla davam etdiyini diqqətə çatdırıb. Baş direktor iki qurum arasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin icra olunduğunu bildirərək STEPI-nin Azərbaycanda texnologiyaların transferinə və elmin kommersiyalaşdırılmasına dəstək verdiyini vurğulayıb.

Görüşdə elmi tədqiqatların nəticələrinin istehsalatda tətbiqi, elm və biznesin transferi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonda Koreyanın “Daejeon” Kreativ İqtisadiyyat və İnnovasiya Mərkəzinin STEPİ vasitəsilə YTP ilə əməkdaşlıq qurması imkanları müzakirə edilib. Mərkəzlə YTP arasında startaplar istiqamətində əməkdaşlığın aparılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Sənədi V.Abbasov və Mərkəzinin direktoru Dae Hee Park imzalayıblar.

STEPI-nin nümayəndə heyəti Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində sabah keçiriləcək forumda iştirak üçün ölkəmizdə səfərdədir.

Əvvəlki Yazı

“İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin qızıl dövrüdür” – RƏY

Növbəti Yazı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.